Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.K.Kərimova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilib.
Prezident İlham Əliyevin digər sərəncamına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verilib.