Sabah qar yağacaq

Sabah qar yağacaq
Bütün Xəbərlər
12:21 13.12.2014
2978
Sabah ölkədə yağıntılı hava gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 14-ü Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək. Arabir yağış yağacağı ehtimal olunur. Şimal küləyi arabir güclənəcək.Temperatur gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.Rayonlarda da dekabrın 14-də arabir yağıntılı hava müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Şimal küləyi gecə arabir güclənəcək.Temperatur Aran rayonlarında gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcvə isti gözlənilir.
OXŞAR XƏBƏRLƏR