Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
Bütün Xəbərlər
17:02 27.11.2014
1602
Son 2 saat ərzində Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin hər ikisi sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: “Sürücülər paytaxtda dumanlı, yağışlı və çiskinli hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın Yasamal rayonu ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur.
 Bundan əlavə, yağışlı hava şəraitində avtomobil asfalt yol üzərində sürüşə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinəti itirilə və tormoz məsafəsi uzana biləcəyindən sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Ümumiyyətlə, belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə, şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar”.
Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri, xüsusilə, əsas prospektlərdə, şoselərdə, o cümlədən Aeroport şosesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.
Qeyd edək ki, sinoptiklər bildiriblər ki, noyabr ayının sonunadək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürəcək, qar və sulu qar yağacaq, Bakıda və Abşeron yarımadasında isə buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın son hücumlarında azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb
11:44 17.06.2025
Rusiyanın son hücumlarında azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb
"Tünzaləni gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək, zaman keçirim onunla"
11:43 17.06.2025
"Tünzaləni gördüyüm zaman deyirəm onsuz da bir azdan gedəcək, zaman keçirim onunla"
“Uber Azərbaycan” 20 min, direktoru 5 min manat cərimələndi
11:41 17.06.2025
“Uber Azərbaycan” 20 min, direktoru 5 min manat cərimələndi
G7 ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
11:40 17.06.2025
G7 ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Mossadın binası raket hücumuna məruz qalıb
11:35 17.06.2025
Mossadın binası raket hücumuna məruz qalıb
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
11:33 17.06.2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi
11:32 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var - SƏFİR
11:31 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var - SƏFİR
Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi"
11:29 17.06.2025
Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi"
Yaponiyanın XİN başçısı İran və İsraili təmkinli olmağa çağırdı
11:24 17.06.2025
Yaponiyanın XİN başçısı İran və İsraili təmkinli olmağa çağırdı
Keçmiş modelin Qəzzada açdığı çörək sexi bombalandı
11:15 17.06.2025
Keçmiş modelin Qəzzada açdığı çörək sexi bombalandı
İsrail Qəzzanı vurmağa davam edir, 7 ölü
11:07 17.06.2025
İsrail Qəzzanı vurmağa davam edir, 7 ölü
Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
10:59 17.06.2025
Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO
10:52 17.06.2025
“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO
Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən şəxs tutulub
10:49 17.06.2025
Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən şəxs tutulub
Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı
10:47 17.06.2025
Azər Türk Bank müştərilərin istəyini nəzərə alıb kredit kampaniyasının vaxtını uzatdı