Bakı metrosunda mühüm - YENİLİK

Bakı metrosunda mühüm -  YENİLİK
Bütün Xəbərlər
17:45 05.11.2014
2061
"Lakin hələlik gözləyirik".
Bakının metro stansiyalarında kartyükləmə aparatları yeniləri ilə əvəz olunacaq.
AZXEBER.COM xəbər verir ki, bunu SalamNews-a Bakı Metropoliteni qapalı səhmdar cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib.
O, artıq bununla bağlı müzakirələrin aparıldığını söyləyib:
"Bakı Metropolitenində yeni texnologiyaların tətbiqi ilə əlaqədar kartyükləmə aparatlarının dəyişdirilməsi də nəzərdə tutulub. Lakin hələlik gözləyirik. Məlum olduğu kimi, hazırda ictimai nəqliyyatda vahid kart sisteminə keçilməsi ilə bağlı işlər aparılır. Qərar verilərkən digər funksiyalı aparatların alınması da nəzərdə tutula bilər."
OXŞAR XƏBƏRLƏR