Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 13:00-dan 14:30-dək Şamaxı rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə İmişli, Saatlı rayonlarına və Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.