Bakının mərkəzi susuz qalacaq

Bakının mərkəzi susuz qalacaq
Bütün Xəbərlər
17:23 29.10.2014
604
Sabah gün ərzində içməli su məhdudiyyətlə veriləcəkdir.
30 oktyabr 2014-cü il tarixdə gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcəkdir.
AZXEBER.COM  xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, bu Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR