Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə çiskinli, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 11-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.