Bakı metrosunda həyəcanlı anlar yaşandı

Bakı metrosunda həyəcanlı anlar yaşandı
Bütün Xəbərlər
15:59 02.10.2014
3052
Bakı şəhər sakini metronun "Xalqlar Dostluğu" stansiyasında dəmiryol xəttinin üstünə yıxılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 08 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasında Bakı şəhər sakini Həsrət Davudzadə müvazinətini itirərək dəmiryol xəttinin üstünə yıxılıb. Hadisə nəticəsində H.Davudzadə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR