Simal-qərb küləyi əsəcək.
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı ehtimalı var.
Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.
Oktyabrın 2-dən 3-nə keçən gecə arabir güclənəcək. Günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.
Tibbi meteorololoji proqnoza əsasən oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteo-həssas insanlarda diskomfort hissi yaradacaq.