Azərbaycanda bələdiyyə sədri özünü asdı

Azərbaycanda bələdiyyə sədri özünü asdı
Bütün Xəbərlər
10:40 23.09.2014
757
Bu gün səhər saat 08:00 radələrində Göyçay rayonunda bələdiyyə sədri özünü asıb.Göyçay rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, Çayarxı kəndində yaşayan 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü asıb.O, 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədridir. Hazırda onun intihar etməsinin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR