Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
01:09 22.09.2014
1387
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 17-20, gündüz 20-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
OXŞAR XƏBƏRLƏR