Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Bütün Xəbərlər
18:57 24.09.2014
1526
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Qəbələ rayonunun sosial-iqtisadi inkişafında köklü dəyişikliklər baş verib, mühüm infrastruktur layihələri yerinə yetirilib.
AZXEBER.COM xəbər verir ki, ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi inşa edilib, Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, sosial yönümlü, o cümlədən yeni turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılıb, 13 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
OXŞAR XƏBƏRLƏR