Neft şirkəti işçi axtarır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qaz ixrac idarəsi Ağsu və Hacıqabul rayonlarında fəhlə və mütəxəssis işləmək istəyənlər üçün vakansiya elan edib.
AZXEBER.COM Xezerxeber-ə istinadən xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, vakansiyalar elektrik qaynaqçısı (Ağsu rayonu), nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis (Hacıqabul rayonu) peşələri üzrədir.
Vakansiyalara müraciət üçün son müddət sentyabrın 17-dir.