Şərq küləyi əsəcək.
Sabah Bakıda yağmurlu hava şəraiti gözlənilir.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, sentyabın 19-u Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər havanın arabir tutulacağı, bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur.
Şimal-şərq küləyi əsəcək. Temperaturun gecə 17-20°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Dağlıq ərazilərdə güclənəcək. Aran rayonlarında gecə 15-20°, gündüz 25-30°, dağlıq ərazilərdə gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.