5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
11:54 28.08.2014
1166
Təmir-quraşdırma işləri aparılır.
Bu gün Azərbaycanınn bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
AZXEBER.COM-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR