Təhsil Nazirliyi müraciət ünvanlayıb.
2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu bu gün başa çatır.
AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, bu prosesə avqustun 25-dən başlanılıb və bu gün yekunlaşacaq.
Nazirlikdən bildiriblər ki, namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu bu gün saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-i Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.