9156 abituriyent ixtisaslarını seçib.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
TQDK-dan AZXEBER.COM-a verilən məlumata görə, statistik məlumata görə 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin bugün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.