Mikayıl Cabbarov əmr verdi

Mikayıl Cabbarov əmr verdi
Bütün Xəbərlər
17:49 11.08.2014
8394
Bu gün təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.
AZXEBER.COM nazirliyin saytına istinadən xəbər verir ki, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.
Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.
Məzunların siyahısı ilə bu linkdənhttps://www.edu.gov.az/upload/file/qizil-ve-gumush-siyahi-11.08.14-emr-872.pdftanış ola bilərsiniz
OXŞAR XƏBƏRLƏR