Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqAZXEBER.COM-un “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, qaz nəqli sistemində təmir işlərinin aparılması və qaz şəbəkəsində quraşdırılmış qaztənzimləyici qurğuların mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün Abşeron, Bakının Sabunçu və Şəmkir rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.