Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək
Bütün Xəbərlər
13:08 19.06.2014
862
Azərbaycanda isti hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında iyulun 20-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR