MTN-dən növbəti uğurlu əməliyyat

MTN-dən növbəti uğurlu əməliyyat
Bütün Xəbərlər
15:56 20.06.2014
2101
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar.
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılıblar.
Məlum olub ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən 1 kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər.
MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılıb, baxış zamanı təxminən 1 kiloqram heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılıb, İlhamiz Qurbanov, Vidadi Ağayev və Əhməd Hüseynzadə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
MTN və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə uzun müddət İran İslam Respublikasından və Tacikistandan Rusiyaya qaçaq yolla narkotik vasitələrin daşınması ilə məşğul olan Qırğızıstan vətəndaşı Djuşanlo L.T., Tacikistan vətəndaşı Kalonov A.A. və Rusiya Federasiyasının vətəndaşı Abdullayev Ş.A. Moskva şəhərində saxlanılıblar. Baxış zamanı 135 kiloqram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanılıb.
MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar.
Azərbaycan vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil ediblər. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, Azad Səlimli, Əflatun Hacıyev və Qadir Hümbətəliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:09 20.08.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Birbank Biznes-də dostluq qazandırır
12:53 20.08.2025
Birbank Biznes-də dostluq qazandırır
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
12:44 20.08.2025
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur
12:36 20.08.2025
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur