Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
Bütün Xəbərlər
15:50 18.06.2014
467
Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.  Gənclər və idman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.

  Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəh,Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən  23-dək saat 09:00-dan 18:00-arası aparılacaq. 

OXŞAR XƏBƏRLƏR