Prezident sərəncam verdi

Prezident sərəncam verdi
Bütün Xəbərlər
18:44 18.06.2014
4397
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 975-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam verib.
AZXEBER.COM-un məlumatına görə, sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir.
Həmçinin Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR