İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!
Bütün Xəbərlər
17:43 12.06.2014
4149
“20-30 yaş arası, xarici dil bilikləri olan qızlar və oğlanlar işə dəvət edilir”.
Milli aviadaşıyıcı “Azərbaycan hava yolları” (AZAL) QSC kütləvi işçi qəbulunu elan edib.
AZXEBER.COM Abc.az-a istinadən xəbər verir ki, AZAL-dan verilən məlumata əsasən iyun ayının 15-dən sentyabr ayının birinə kimi: kinoloq, inspektor, nəzarətçi, mühafizəçi, radioelektrik, elektromexanik, mühəndis telekommunikasiyalar üzrə mühəndis vəzifələrinə personal yığımı elan edir.
“20-30 yaş arası, xarici dil bilikləri olan qızlar və oğlanlar işə dəvət edilir”, - məlumatda deyilib. Qızların boyu 165 sm, oğlanların boyu isə 175 sm olmalıdır.
Əlavə məlumatı (+994) 497 85 02 və (+994) 497 26 00 nömrəli telefonlara zəng edərək əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR