Sabahın hava - PROQNOZU

Sabahın hava -  PROQNOZU
Bütün Xəbərlər
12:56 16.06.2014
1089
İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 30-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şərait müsbət amil olsa da günorta saatlarında isti temperatur diskomfortu və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR