Azərbaycanın hansı rayonlarında qaz olmayacaq? - SİYAHI

Azərbaycanın hansı rayonlarında qaz olmayacaq? -  SİYAHI
Bütün Xəbərlər
11:38 04.06.2014
970

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətləəlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, diametri 159 mm-lik "Aran QPS qaz kəməri qolu"da aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Yevlax rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması ilə əlaqədar saat 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə, qaz ölçü qovşaqlarında yenidən qurulma işlərinin aparılması, Qaznəqli sistemində siyirtmənin dəyişdirilməsi və yaranmış nasazlığın ləğvi, "Əskipara 1" (kənd xətti) ölçü qovşağından qidalanan diametri 530 mm-lik; 219 mm-lik; və 159 mm-lik qaz xətlərində və "Əskipara Sənaye" ölçü qovşağından qidalanan kollektorda təmir işlərinin aparılması və siyirtmənin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Şəmkir, Qazax, Səbail, Sabunçu və Şamaxı rayonlarının bir hissəsinə, Balakən rayonu Balakənçayı ərazisindən keçən diametri 110 mm-lik polietilen qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, Buzovna qəsəbəsi, Quşçuluq massivi adlanan ərazidə qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar işlər başa çatanadək Xəzər və Balakən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR