Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.