Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi
MEDİA
15:39 30.05.2014
1963
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclası keçirilib.
Məlumata görə, iclasda institutun fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub, həmçinin bəzi şöbələrə yeni rəhbərlər təyin edilib.
İclasda tanınmış jurnalist, professor Qulu Məhərrəmli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 
Monitorinq şöbəsinin müdiri seçilib.
Qeyd edək ki, bu vəzifəni Həbib Zərbəliyev icra edib. O öz ərizəsi ilə istefa vermişdi  /Aznews.az/.
OXŞAR XƏBƏRLƏR