Azərbaycanda daha bir ana doğuş zamanı ölüb.
Anspress-in məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib.
Gənc qadın ötən gecə doğuş sancısı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyə əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölən qadının yaxınları ilə xəstəxanada həkimlər arasında qarşıdurma yarandığı bildirilir. Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yerinə polis nəfərləri göndərilib.
Ətraflı məlumat verəcəyik.