Mayın 7-8-də meteohəssas insanlar diqqətli olsun
Sabah Bakıda və Abşeron yarımadasında 23-28 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 07-08-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.