TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi
Bütün Xəbərlər
12:10 04.04.2014
465
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da sınaq imtahanında iştirak edəcək abituriyentlərə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 6-da respublikanın 22 şəhər və rayonunda olmaqla, 62 imtahan mərkəzində təşkil olunacaq sınaq imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.
Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
OXŞAR XƏBƏRLƏR