Bakıda daha bir yol təmirə bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Hərbi Hospital istiqamətində) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Səməd Vurğun və Tbilisi prospektlərindən istifadə etmələri tövsiyə olunur.