Ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir.
Martın 12-si axşam və 13-də ölkə ərazisində güclü xəzri küləyi əsəcək, havanın temperaturunun aşağı enəcək
Martın 11-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14 dərəcə, Bakıda 4-6, gündüz 11-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 11-də gecə və səhər bəzi yerlərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, martın 12-də axşamadək Abşeron yarımadasına meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin 12-də axşam və 13-də atmosfer təzyiqinin xeyli güclənməsi, güclü xəzri küləyi, havanın temperaturunun aşağı enməsi meteohəsas insanlar üçün əlverişsizdir.