Bakıda qadın özünü dənizə atdı

Bakıda qadın özünü dənizə atdı
Bütün Xəbərlər
10:01 27.01.2014
608

Qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atsada, özü batmaq təhlükəsi ilə üzləşib

Dənizkənarı Milli Parkda intihar faktı qeydə alınıb. AZXEBER.COM FHN-nin saytına istinadən məlumatına görə, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal xilasedicilər lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşib. Zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR