Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
10:00 18.01.2014
638
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.

Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, gecə və səhər arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 2-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR