ATƏT PA prezidenti Azərbaycana səfər edəcək

ATƏT PA prezidenti Azərbaycana səfər edəcək
SİYASƏT
17:38 26.12.2013
1000
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç Azərbaycana səfərə dəvət olunub.

Bu barədə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən rəsmi dəvət bu payız olub və dəvət qarşı tərəfdən qəbul olunub: “Səfərin tarixi isə yaxın vaxtlarda dəqiqləşəcək”.(apa)

OXŞAR XƏBƏRLƏR