Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar 27 dekabr 2013-cü il tarixindəsaat 09:00-dan 17:00-dəkGəncə şəhərinin bir hissəsinə,saat 09:00-dan 18:00-dəkZaqatala şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 09:30-dan 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 10:00-dan Qaradağ rayonunun bir hissəsinə, saat 10:00-dan 14:00-dək Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Abşeron və Goranboy rayonlarının bir hissəsinə, saat 10:00-dan 17:00-dək Şəki rayonuna və Ucar rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Quba rayonuna, Şamaxı, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, saat 11:00-dan Yevlax rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dəkisə Füzuli rayonunun bir hissəsinə təbii qazverilişində fasilələr yaranacaq.