Rusiya prezidenti Vladimir Putin doğum günü münasibəti ilə prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
AZXEBER.COM prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda Vladimir Putin iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdiyini bildirib: “Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm. Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm. Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm”.