Azərbaycan ərazisində yağmursuz hava davam edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Bildirilib ki, Bakı və Abşeron yarımadasında dekabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.