AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.
AZXEBER.COM-un PFL-in saytına istinadən verdiyi xəbərə görə, “Simurq” və “Neftçi” hərəsi 2 min manat cərimə olunub.
Zaqatalıların cərimələnmə səbəbi Premyer-liqanın 17-ci turunda AZAL-a qarşı ev oyununda azarkeşlərin stadiona kənar əşyalar atması olub. “Neftçi” isə sarı kart limitini aşdığına (1000 manat) və “Qəbələ”yə qarşı ev oyununda azarkeşlərin partlayıcı maddələrdən istifadə etdiyinə görə cərimələnib.Bundan əlavə, “Qəbələ” 1200 manat, “Bakı” isə 1000 məbləğində cərimə ödəməli olacaq.