ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilərinin bu gün cəbhənin Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimalında yerləşən qoşunların təmas xəttində keçirdikləri monitorinq insidentsiz başa çatıb.
Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.