Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? -  PROQNOZ
Bütün Xəbərlər
13:53 29.11.2013
951

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, gündüz şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Noyabrın 30-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR