Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Bütün Xəbərlər
17:00 20.11.2013
834

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 6-9, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 6 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR