Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq
Bütün Xəbərlər
11:01 25.09.2013
707

Bu gün Goranboy rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu gün saat 14:00-dək Goranboy rayonunun Yuxarı Ağcakənd istiqamətində yerləşən yaşayış məntəqələrini təbii qazla təmin edən qaz xəttində təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Goranboy rayonunun Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Rus Borisi, Meşəli və Meşəli (qaçqın) qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR