Mikayıl Cabbarovdan yeni tapşırıq

Mikayıl Cabbarovdan yeni tapşırıq
Bütün Xəbərlər
14:43 11.09.2013
1284

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilib.

AZXEBER.COM Nazirliyin saytına istinadn xəbər verir ki, konfransda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını və qonaqları salamlayıb, təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulayıb. Nazir müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirib və ulu öndərin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan təhsil naziri respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırıb.

Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib.

Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləmiş və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

“Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirib, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdııb.

Sonra məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açıb, müvafiq təkliflərlə çıxışediblər. Təhsil naziri qeyd olunan məsələlər haqqında fikirlərini bildirib və təhsil işçiləri tərəfindən irəli sürülən bütün uyğun təkliflərin nəzərə alınacağını vurğulamyıb.

Konfransda Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmiş və konfransın qətnaməsi qəbul olunub.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

OXŞAR XƏBƏRLƏR