Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərinin Kirov rayonunda naməlum şəxslər azərbaycanlı tələbəni güllələyiblər. ANS PRESS-in “Baltİnfo”ya istinadən verdiyi məlumata görə Baltiysk küçəsində Aerokosmik Cihazqayırma Universitetinin birinci kurs tələbəsi qəfil hücuma məruz qalıb.Ona hücum edən iki nəfər olub. Gənc onları tanımadığını bildirib. Onlar tələbəyə hücum çəkərkən kamufulyajda olublar. Tələbə onlarla əlbəyaxa dava edib və naməlum şəxslərdən birini yerə yıxıb. Həmin vaxt digər şəxs ona tərəf atəş açmağa başlayıb. Ona 5 dəfə atəş açılıb. Onu ağır yaralayan şəxslər hadisə yerindən qaçıblar.