Həftə sonu hava necə olacaq?

Həftə sonu hava necə olacaq?
Bütün Xəbərlər
13:00 10.08.2013
1228
Avqustun 11-də Bakıda əsasən dəyişkən buludlu və yağmursuz hava proqnozlaşdırılır.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.A. Verdiyevin sözlərinə görə, Bakıda temperatur gecə 18-23, gündüz 27-32 dərəcə təşkil edəcək. Avqustun 11-də Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və səhər Böyük Qafqazın bəzi ərazilərində şimşək çaxacaq. Qısa müddətli yağış yağacağı ehtimalı var. Bölgələrdə mülayim şərq küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR