İyulun 31-dən hava şəraiti nisbətən mülayimləşəcək
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü eyni zamanda, gözlənilən oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gecə arabir güclənəcək.Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq. İyulun 31-dən hava şəraiti nisbətən mülayimləşəcək, yağış kəsəcək Abşeron yarımadasında gecə 19-23 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək gecə və arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.