Bəzi rayonlar qazsız qalacaq

Bəzi rayonlar qazsız qalacaq
Bütün Xəbərlər
13:07 12.07.2013
800

Təmir işləri ilə əlaqədar qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün təmir işləri ilə əlaqədar “Ağsu” Qazpaylayıcı Stansiyasından qidalanan “Kürdəmir” ölçü qovşağında, saat 09:00-dan “Cəfərabad” Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində qaz təchizatı dayandırılacaq. AZXEBER.COM Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, saat 10:00-dan 18:00-dək “Xırdalan” Qazpaylayıcı Stansiyasında “8-ci Xırdalan ölçü qovşağından qidalanan 273 mm-lik “Xırdalan-Mexkalon” orta təzyiqli qaz kəmərində, həmçinin “Ağköynək”, “Əskipara-1”, “Əskipara-2” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Qazax” Qazpaylayıcı Stansiyasında, “Xanlıqlar” Qaztənzimləyici Məntəqəsində, saat 10:00-dan 16:00-dək “Türkan-1” Qazpaylayıcı Stansiyasından qidalanan Türkan qəsəbəsinə gedən qaz kəmərində qazın verilişi dayandırılacaq. Eyni zamanda saat 10:00-dan 17:00-dək “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalana “Şəhər qazı-1” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək “Ramanı” Qazpaylayıcı Stansiyasından qidalanan “Ramanı” ölçü qovşağında, saat 11:00-dan 19:00-dək isə “Maştağa” Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Kürdəmir, Qazax, rayonlarının, Sumqayıt şəhərinin, Sabunçu rayonunun Maştağa, Nardaran, Ramanı qəsəbələrinin bir hissəsinə, Şəki rayonuna, Abşeron rayonunun Mexkalon adlanan yaşayış massivinə, Xəzər rayonunun Türkan qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR