Bakıda ər arvadını qətlə yetirib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Həsən İsmayılov 1977-ci il təvəllüdlü həyat yoldaşı Ramizə İsmayılovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən H.İsmayılovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.